Fotos
AMEA Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının 2022-ci il üzrə elmi və ictimai fəaliyyət planına həsr olunmuş iclas keçirildi
Yan 18 , 2022 | 09:44 / Mühüm hadisələr
Oxunma ( 1299 )

AMEA Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının   2022-ci il üzrə elmi və ictimai fəaliyyət planına həsr olunmuş iclas keçirilmişdir. İclası giriş sözü ilə açan İnstitutun elmi katibi, dosent Zaur İsmayılov sözü Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elmi işçi Behbud İbrahimova vermişdir. B.İbrahimov Gənc Alim və Mütəxəssislər qarşısında duran problemləri şərh etmiş və il ərzində görüləcək işlər haqqında məlumatları şura üzvlərinin nəzərinə çatdırmışdır. Bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldıqdan sonra elmi və ictimai fəaliyyət proqramı 2022- ci il üzrə qəbul olunmuşdur. Daha sonra, təşkilati məsələlərə baxıldı. Elmi işçi G.Əhmədova öz ərizəsi ilə Gənc Alim və mütəxəssislər Şurasının iradə heyyəti üzvü vəzifəsindən azad edilmiş, Xədicə Əliyeva idarə heyyətinin üzvü və sədr müavini seçilmişdir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.