AMEA Qafqazşünaslıq İnstitutunda 20 Yanvar günü anıldı
Yan 18 , 2022 | 02:59 / Mühüm hadisələr
Oxunma ( 782 )

Yanvarın 18-də AMEA Qafqazşünaslıq İnstitutunda 20 Yanvar hadisəsinə həsr edilmiş onlayn dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. M.Qasımlı xalqımızın tarixində dönüş anı olan 20 Yanvar faciəsini şərtləndirən amillərdən, Ümummilli lider Heydər Əliyevin sayəsində faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsindən bəhs edib. Bildirib ki, bu gün şəhidlərimizin ruhu şaddır, çünki işğal altında olan torpaqlarımız azad edilib. Sonra institutun icraçı direktoru, siyasi elmlər doktoru Ramilə Dadaşova, elmi katibi dos. Südabə Hüseynova, şöbə müdirləri, eləcə də Qafqaz siyasəti şöbəsinin müdiri, İnstitutun GAMŞ-in üzvü dos. Elnur Kəlbizadə də çıxış edib. O, öz çıxışında 20 yanvar hadisəsini törətməklə SSRİ rəhbərliyinin Azərbaycanda XX əsrin 70-80-ci illərində başlayan milli azadlıq hərəkatını boğmaq məqsədi güddüyünü bildirib. Qeyd edib ki, həmin dövrdə ittifaqın digər respublikası olan Ermənistan SSR-in Azərbaycana qarşı təcavüzkar hərəkətləri təbii olaraq azərbaycanlıları hiddətləndirirdi. Xalq  SSRİ rəhbərliyindən bunun qarşısını almasını gözləyirdi. Lakin Sovet rəhbərliyi nəinki bu istiqamətdə addım atmır, gizli şəkildə ermənilərə dəstək verirdi. Bakıda qırğınlar törətməklə Qorbaçov hakimiyyəti SSRİ və Azərbaycan SSR-in konstitusiyalarını kobud şəkildə pozmuşdu. Bütün baş verən prosesləri, arxiv sənədlərində əksini tapmış məlumatları təhlil edərkən, 20 yanvar hadisələrinin Azərbaycan tarixində qanlı olmaqla yanaşı, həm də şanlı gün hesab etmək mümkündür. E.Kəlbizadə bildirib ki, həmin günə qədər baş verən böhranlı proseslərin ittifaq çərçivəsində həllinə inamı az olan xalq azadlıq və müstəqillik yolunu qətiləşdirib. Daha sonra Tərcümə, nəşr və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, GAMŞ-in üzvü Günel Musayeva çıxış edərək bildirib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan insanlar Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. GAMŞ sədri Günay Feyziyeva 20 Yanvar şəhidləri ilə əlaqədar qeyd edib ki, Azərbaycan xalqı onların xatirəsini əziz tutaraq hər il faciənin ildönümündə istiqlal fədailərinin məzarlarını ziyarət edərək  onları qürurla anır.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.