Fotos
MBBİ əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
Yan 19 , 2022 | 04:35 /
Oxunma ( 1254 )

Tarixin həm kədər, həm də qürur  səhifəsi olan 20 Yanvar faciəsindən 32 il ötür. Xalqımızın mərd oğul və qızları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə  qanları ilə Azərbaycanın yeni tarixi yazdılar. 

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Veteranlar Şurasının sədri AMEA-nın müxbir üzvü, b.ü.e.d İbrahim Əzizov, Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, həmçinin bir qrup əməkdaşları 20 Yanvar Ümumxalq Hüzn Gününün 32-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. Faciə nəticəsində həlak olmuş şəhidlər yad edilmiş, məzarlarına qərənfillər düzülmüşdür.

Azərbaycan xalqının əzm və iradəsinin sübutu olmuş 20 Yanvar hadisəsi yaddaşlardan heç zaman silinməyəcək, şəhidlərimiz hər zaman qürür və hörmətlə anılacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin!!!
 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.