Fotos
Gənc Alim və Mütəxəssislər Şurası yeni tərkibdə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət etdilər
Yan 20 , 2022 | 12:00 /
Oxunma ( 1489 )

Qeyd etdiyimiz kimi, Gənc Alim və Mütəxəssislər Şurası və Yeni Azərbaycan Partiyası AMEA Rəyasət Heyəti Aparatının Ərazi təşkilatının birgə təşkilatçılığı ilə yanvar ayının 19-da “Milli iradəmizin zəfər tarixi - 20 Yanvar” adlı anım tədbiri keçirilmişdir. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının yeni İdarə Heyəti və  şuraya rəhbərlik edən digər sədrlər, üzvlər həmin tədbirin davamı olaraq yanvar ayının 20-də Şəhidlər Xiyabanında olmuşdurlar. Gənclər 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin məzarlarına baş çəkmiş, onlar günahsız olaraq qətlə yetirilmiş, əbədi olaraq “Azərbaycanın qəhrəman vətəndaşları” adını daşıyacaq övladlarımıza ehtiram əlaməti olaraq məzarları önünə tər qərənfillər düzmüşdürlər. Belə ki, bununla AMEA Gənc Alim və Mütəxəssislər Şurası fəaliyyət prinsipi olaraq gənclərə nümunə qismində belə tədbirlərin təkrarlanmasını və geniş platformalarda keçirilməsinin zəruri olduğunu əyani şəkildə də diqqətə çatdırmışdırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.