Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan tədbir keçirilib
Yan 19 , 2022 | 07:37 / Mühüm hadisələr
Oxunma ( 714 )

 AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirin əvvəlində  İnstitut əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının, vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin  xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü  ilə İnstitutun  baş direktoru AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. O, bu faciənin Azərbaycanın müstəqillik tarixində qan yaddaşı olmaqla yanaşı, həm də qürur səhifəsi olduğunu bildirib.  Alim 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələrdən, sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə  qarşı törətdiyi cinayətlərdən xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb.

      Ə.Quliyev əlavə edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinin mahiyyəti məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı, onlara siyasi-hüquqi qiymət verildi. Çıxışının sonunda Ə.Quliyev vurğulayıb ki, belə çətinliklə əldə etdiyimiz müstəqilliyimizi yaxşı təhsilimizlə, işimizlə, mövqeyimizlə möhkəmləndirməliyik.

      İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri a.e.d Məmməd Məmmədov çıxış edərək bildirb ki,  Bakıda 20 Yanvar və ondan əvvəl baş vermiş faciələr xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin  növbəti nəticəsi idi. Daha sonra çıxış edən İnstitutun “Torpaqların Meliorasiyası” laboratoriyasının müdiri a.e.d Mustafa Mustafayev həmin günə aid xatirələrini bölüşərək qeyd edib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı 20 yanvar millətimizin  mənliyini və mətinliyini, qəhrəmanlığını  nümayiş etdirməyi bacardığı gündür.

          Tədbirdə çıxış edən İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı  20 Yanvar faciəsi haqqında ətraflı məlumat verərək bildirib ki, Qanlı Yanvar yaddaşımızın əbədi ağrısıdır. Biz gənclər xalqımızın azadlığı və istiqlalı yolunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini həmişə əziz tuturuq.  Həmçinin tədbirdə İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Nərmin Əlisoy “20 Yanvarda tarixi həqiqət”, Əli Gözəlzadə “Qanlı Yanvar hadisəsinin kimliyimizdə rolu” adlı məruzələrlə ilə çıxış ediblər.

Allah Şəhidlərimizə rəhmət eləsin !

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.