Fotos
Xəzər rayonu 262 saylı orta məktəbin şagirdləri Ədəbiyyat İnstitutunun qonağı olublar
Yan 24 , 2022 | 10:25 / Görüşlər
Oxunma ( 1260 )

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Bakı şəhəri Xəzər rayonu 262 saylı məktəbin kiçik akademiyasının 8-11-ci sinif şagirdləri ilə görüş keçirilib.

Şagirdlər əvvəlcə institutun elmi tədqiqat şöbələrini gəzərək aparılan elmi tədqiqatlar, çap olunmuş kitablarla yaxından tanış olublar.

Tədbiri giriş sözü ilə açan Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli elmin müasir insan cəmiyyətində əhəmiyyəti, Azərbaycanda elmin təşkilatlanmasında Akademiyanın yerinə yetirdiyi əhəmiyyətli funksiya, Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq elmi sahəsindəki fəaliyyəti barədə məlumat verib.

Məktəbin elmi tədqiqata marağı olan, kiçik akademiyada təmsil olunan şagirdləri müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər. Məktəb şagirdlərindən Aydan Əliyeva “Günəş sistemi”, Cansu Heydərova “Lütvi-zadə və qeyri-səlis məntiq nəzəriyyəsi”, Bəyimxanım Hacıyeva “Alternativ enerji mənbələri”, Zeynəb Əliyeva “Humanoid robortlar” mövzularında hazırladıqları təqdimatları nümayiş etdiriblər.

Görüşdə institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Gənc Alimlər və Mütəxəsislər Şurasının sədr müavini Orxan İsayev və Xəzər rayonu 262 saylı məktəbin müəllimi Aidə Quliyeva da iştirak ediblər.

Sonda şagirdlərə Ədəbiyyat İnstitutuna aid nəşrlər hədiyyə edilib.

https://science.gov.az/az/news/open/19630

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.