İnstitutun əməkdaşı Leyla Xəlilova Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsinin qalibi olub
Yan 24 , 2022 | 11:34 /
Oxunma ( 705 )

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Leyla Xəlilova Elmin İnkişafı Fondu tərəfindən təşkil olunan Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsinin qalibi olmuşdur.  Müsabiqə gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi məqsədi ilə elan edilmişdir. Himayədarlar Şurasının qərarına əsasən Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsində 32 layihədən fundamental-tətbiqi xarakterli 13 layihə, o cümlədən Leyla Xəlilovanın “Fotosintetik, karboanhidraza və qlütation reduktaza aktivliyinin inhibitorları kimi benzimidozoldihidrotiofen və dihidropiridinkarboksamid törəmələri” layihəsi qalib olmuşdur.  

 https://imbb.az/az/news/1465

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.