Gənclər və İdman Naziri Fərid Qayıbov gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirmişdir
Yan 25 , 2022 | 12:43 / Görüşlər
Oxunma ( 1378 )
Tədbirdə çıxış edən AMEA Gənc Alim və Mütəxəsislər Şurasının sədri Elmir Babayev şuranın yaranma tarixi və fəaliyyət istiqamətləri barəsində məlumat vermişdir. O çıxışında Şuranın Prezident İlham Əliyevin imzaladığı 2017-2021-ci il dövlət proqramı əsasında, eləcə də ölkə başçısının fərmanları və sərəncamları, Nazirlər Kabinetinin qərarları və sərəncamları, AMEA-nın nizamnaməsi, Rəyasət Heyətinin qərarları və şuranın öz nizamnaməsinə uyğun qurulan fəaliyyətlərini  diqqətə çatdırmışdır. Eyni zamanda natiq çıxışında Gənclər və İdman Nazirliyi və AMEA Gənc Mütəxəsislər Şurasının birgə həyata keçirdiyi layihələrə diqqət çəkmişdir. O dünya və avropa gənc alimlərinin iştirakı ilə Azərbaycanda baş tutan beynəlxalq form və konfransların birgə təşkilində, çox sayda AMEA mənsubu gəncin beynəlxalq elmi mərkəzlərdə təlim, konfrans və simpoziumlarda  iştirak xərclərinin Gənclər və İdman Nazirliyi tərəfindən  qarşılanmasında göstərilən dəstəkləri vurğulamışdır.  Hər il 2 fevral gənclər günü münasibəti ilə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılan gənclər arasında AMEA-nın gənc alimlərinin yer alması qeyd olmuşdur. Daha sonra Elmir Babayev çıxışında  Gənclər və İdman Nazirliyi ilə birgə görüləcək yeni layihələr barədə təkliflər səsləndirmişdir.  Sonra digər natiqlərin çıxışları dinlənilmişdir və Nazirin sualları cavablandırılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.