Fotos
AMEA Elm Tarixi İnstitutunda magistrantlarla görüş keçirilib
Yan 26 , 2022 | 03:30 / Görüşlər
Oxunma ( 841 )

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunda Azərbaycan Dövlət Pedaqoji Universitetində “Tarixin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə təhsil alan II kurs magistrantlarla görüş keçirilib. Görüş İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə baş tutub. Görüşdə İnstitutun direktoru, t.ü.e.d. prof. Məryəm Seyidbəyli də iştirak edib. O, gəncləri salamlayaraq Azərbaycanda elm tarixinin təşəkkülü, AMEA-nın yaranma tarixi, rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar barədə məlumat verib. Eyni zamanda, İnstitutun əməkdaşları magistrantlarla öz zəngin təcrübələrini bölüşmüş, onlara Azərbaycanda elmin inkişafı və Azərbaycan elminin bugünkü nailiyyətləri, əsas prioritet istiqamətləri haqqında məlumatları paylaşıblar. Alimlər həmçinin gənc mütəxəssislərin gələcəkdə elmi istiqamət seçilməsi ilə bağlı suallarını cavablandıraraq onlara öz tövsiyyələrini veriblər. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Röya Mirzəbəyova magistrantlara doktorantura pilləsinə qəbul qaydaları, dövlət proqramı haqqında məlumat verib. Gənclər öz növbəsində yaradılan şəraitə görə İnstitut rəhbərliyinə təşəkkür edib, bu görüşdə səsləndirilən fikirlərin və verilən tövsiyyələrin onlar üçün çox qiymətli olduğunu bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.