Fotos
AMEA-nın Elm Tarixi İnstitutu və “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin birgə təşkilatçılığı ilə Master Class keçirilib
Yan 29 , 2022 | 12:49 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 1638 )

AMEA-nın Elm Tarixi İnstitutu və “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin birgə təşkilatçılığı ilə gənc alimlər, respublikanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün "Elm, Özünü inkişaf və Sağlam karyera" mövzusunda Master Class keçirildi.

Tədbiri ilk öncə giriş sözü ilə İctimai birliyin sədri və Elm Tarixi İnstitutunun şöbə müdiri, s.ü.f.d. Elvin Talışınski açaraq iştirakçıları salamladı. O bildirdi ki, cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin milli ruhda yetişməsi, şəxsiyyət kimi formalaşması, öz tarixi köklərinə, mədəni və mənəvi dəyərlərimizə sahib çıxmaları mühüm məsələlərdən biridir. Bu baxımdan bugünkü master class böyük əhəmiyyətə malikdir.

Sonra söz, AMEA-nın Elm Tarixi İnstitutunun şöbə müdiri, təlimçi t.ü.f.d. Bayram Quliyevə verildi. İlk öncə Dr. B.Quliyev gənclərə elmin önəmindən, zamanın səmərəli şəkildə dəyərləndirilməsindən, cəmiyyətdə öz yerinin müəyyənləşməsi istiqamətlərindən danışdı. Həmçinin gənc alim insanın bioloji varlıq olması, fərdlərin psixologiyası, reallıqlar və insan potensialı arasındakı paralelliyin müəyyən edilməsi haqqında geniş məlumat verdi. Eyni zamanda iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırdı. Sonda İctimai birliyin idarə heyətinin üzvü şərqşünas-alim Əli Rzazadə gənclərə göstərdikləri maraq və fəallıqları üçün dərin minnətdarlığı bildirdi və belə master classların davamlı olmasını qeyd etdi.

Tədbirin yekununda master classda fəal iştirak etmiş iştirakçılar təlimçi tərəfindən mükafatlandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.