Fotos
"Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan siyasətdir" mövzusunda gənclərlə görüş keçirilmişdir
Yan 31 , 2022 | 09:31 / Görüşlər
Oxunma ( 1516 )

31 yanvar 2022-ci il tarixində  YAP Yasamal rayon təşkilatının keçirdiyi “Milli maraqlar və xarici siyasət” adlı silsilə görüşlər çərçivəsində budəfəki  "Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan siyasətdir" mövzusunda gənclərlə görüş keçirilmişdir.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və ümumilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq qeyd edib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. O, bildirib ki, Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaqla, şəhid olmaqla, qazi olmaqla vətənə olan bağlılıqlarını göstərdilər.
Daha sonra çıxış edən məruzəçi Milli Məclisin deputatı Elnur Allahverdiyev gənclərin müasir Azərbaycan Respublikasının həyatında göstərdiyi qəhrəmanlıqlardan bəhs edib.
O qeyd edib ki, gənclik böyük və tükənməz bir qüvvədir. Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir.
Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir.
Sonra il ərzində ölkənin ictimai - siyasi həyatında fəal iştirak etdiyinə görə və 2 Fevral "Azərbaycan Gəncləri Günü" münasibətilə fərqlənən gənclər fəxri fərman və hədiyyələrlə təltif olunub.
Qeyd edək ki, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Mustafayev də fəxri fərmanla təltif edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.