2 Fevral Gənclər günü” münasibətilə “Doktorantura və dissertasiyaların tərtibi qaydası” mövzusunda vebinar keçirilib
Fev 02 , 2022 | 01:50 / Mühüm hadisələr
Oxunma ( 1542 )

Fevralın 2-də AMEA Qafqazşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “2 Fevral Gənclər günü” münasibətilə “Doktorantura və dissertasiyaların tərtibi qaydası” mövzusunda vebinar keçirilib.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı vebinarı giriş sözləri ilə açaraq, əsası Ulu öndər Heydər Əliyev tərəfindən təsis edilən Gənclər günü münasibətilə gənc alimləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

AMEA Qafqazşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri  Günay Feyziyeva çıxış edərək öncə Gənclər günü münasibəti ilə gəncləri təbrik edib. “Doktorantura və dissertasiyaların tərtibi qaydası” adlı məruzəsində doktorantura təhsilinin əhəmiyyəti və dissertasiyaların necə tərtib edilməsi haqqında geniş məlumat verib.

AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü t.ü.f.d., dosent Elnur Kəlbizadə və Ermənişünaslıq şöbəsinin müdiri t.e.d. Qasım Hacıyev təbriklərə qoşularaq öz təcrübələrini gənc alimlərlə bölüşüblər.

Sonda İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Feyziyeva institut əməkdaşlarına şuranın yeni tərkibi barədə məlumat verib. Şuranın İdarə Heyətinin qərarı il Şimali Qafqaz şöbəsinin kiçik elmi işçisi Şahnaz Tağıyeva şuranın elmi katibi seçilib.

Daha sonra elmi katib seçilən Şahnaz Tağıyeva çıxış edərək gəncləri Gənclər günü münasibətilə təbrik edib və göstərilən etimada görə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.