Fotos
AMEA Nəsimi adına Dilçilik İnstitutunda “2 fevral – Azərbaycan gəncləri günü” ilə bağlı tədbir baş tutmuşdur
Fev 02 , 2022 | 01:56 / Mühüm hadisələr
Oxunma ( 1084 )

2 fevral 2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda “2 fevral – Azərbaycan gəncləri günü” ilə bağlı tədbir baş tutmuşdur. Tədbiri açıq elan edən institutun baş direktoru, professor Nadir Məmmədli əvvəlcə bütün gəncləri təbrik etmiş, yeni elmi nailiyyətlər əldə etməyi arzulamışdır. İnstitutun baş direktoru gənclərə müraciət edərək gənclərin elmi-ictimai fəaliyyətləri ilə bağlı təklif və problemlərini dinləməyə hazır olduğunu bildirmişdir. Bundan sonra institutun “Gənc alim və mütəxəssislər şurası”na üzv olan gənclər bir çox təkliflərlə çıxış etmişlər. Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri fil.ü.f.d. Günel Orucova gənclərin təklifinə cavab olaraq “Dilçilik tribunası” adlı layihənin tətbiqinə yenidən başlanılması və layihə çərçivəsində gənclərin mütəmadi məruzə və çıxışlarının dinlənilməsinin institutun GAMŞ-nın 2022-ci il fəaliyyət planına daxil edilməsi ilə bağlı məlumat vermişdir. Bundan başqa, institutun gənclərinin elmi işlərinin müdafiə prosesinin sürətlənməsi və daha da təkmilləşməsi üçün təkliflər səsləndirilmişdir. Tədbirdə həm də Türkiyə, Amerika,  İran, İraq, Ukrayna kimi ölkələrdə fəaliyyət göstərən gənc dilçilərin Dilçilik İnstitutunun gənclərini təbriklərindən ibarət video-çarx nümayiş olunmuş, video-çarxın sonunda Qarabağ müharibələrində şəhid olmuş gənclərin xatirəsi anılmışdır.

“2 fevral – Azərbaycan gəncləri günü” ilə bağlı tədbirin gedişində Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, dosent Şəbnəm Həsənli-Qəribova, “Qədim dillər və mədəniyyətlər” şöbəsinin böyük elmi işçisi Aysel Əhmədova və “Psixolinqvistika və sosiolinqvistika” şöbəsinin elmi işçisi Elnurə Hüseynovaya 2021-ci il ərzində səmərəli və məhsuldar elmi-ictimai fəaliyyətlərinə görə mərhum professor Qara Məşədiyevin oğlu Fazil Məşədiyev tərəfindən “Qara Məşədiyev adına mükafat”, daha 5 gəncə isə (Vəfa Abdullayeva-Nəbiyeva, Aytən Hüseynova-Qəhrəmanlı, Maya Heydərova, Aynur Saydova, Hüseyn Məmmədzadə) təşəkkürnamələr təqdim olunmuşdur. Sonda xatirə şəkilləri çəkilmişdir.

Fotoqraf: Səftər Quliyev

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.