AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədrləri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olundular
Fev 01 , 2022 | 03:14 /
Oxunma ( 761 )

Yasamal rayon İcra Hakimiyyətində 2 fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar iclas keçirilib. İclası Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov açmış, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov isə giriş nitqi ilə davam etdirmişdir.

İclada Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup gənc xüsusi diplomlarla təltif edilmişdir. Onların arasında AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev və AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Dilbər Hüseynova Yasamal rayon İcra Hakimiyyəti başçısının 28 yanvar 2022-ci il tarixli 57 nömrəli sərəncamı ilə fəxri fərman ilə təltif olunmuşdur.

Sonda Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov gənclərin təkliflərini dinləmiş və onların icrası yönümündə müsbət yönümünü bildirmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.