Fotos
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Gənclər Günü münasibətilə tədbir keçirilib
Fev 02 , 2022 | 03:27 / Mühüm hadisələr
Oxunma ( 724 )

Tədbiri giriş sözü ilə elmi müəssisəsinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, öncə müstəqil Azərbaycan gənclərini  bayram günü münasibətilə ürəkdən təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.

Alim  bildirib ki,  2 feval tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin gələcəyə ümidlə baxmasına, daha səylə çalışmasına, müasir Azərbaycanın inkişafına öz töhfələrini verməsinə geniş imkanlar yaradır.

Professor Misir Mərdanov eyni zamanda AMEA-da aparılan gənclər siyasətindən bəhs edib. Bildirib ki, AMEA-da Gənc alim və mütəxəssislər şurası bu istiqamətdə uğurla çalışır.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pərviz Müseyibli çıxış edərək vurğulayıb ki, son illər gənclər, onların qarşısına qoyulan bütün məsuliyyətli işləri yüksək səviyyədə həyata keçirir. Qazanılan uğurlar bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi, məsuliyyəti dərk edir. Bu reallıqların əsasında dayanan dövlətin gənclər siyasəti, onlara maddi və mənəvi cəhətdən göstərdiyi qayğıdır.

Tədbirdə səmərəli elmi fəaliyyətlərinə görə  Aida Əsgərova “İlin gənc alimi”  mükafatı və İbrahim Məmmədov “Tərifnamə”  ilə mükafatlandırılıblar.

Sonda çıxış edənlər bildirib ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isəAzərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

AMEA Riyaziyyat və Mexanika İnstitutu

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.