Fotos
AMEA Genetik Ehtiyatlar İnstitutunda “2 fevral - Azərbaycan gəncləri günü”nə həsr olunmuş tədbir keçirildi
Fev 02 , 2022 | 10:33 / Mühüm hadisələr
Oxunma ( 397 )

AMEA Genetik Ehtiyatlar İnstitutunda 2 fevral 2022-ci il tarixdə karantin qaydalarına əməl olunmaqla “Azərbaycan gəncləri günü”nə həsr olunmuş tədbir keçirildi. AMEA GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov tədbir iştirakçılarını salamladı, institutun gənc alim və mütəxəssislərini “2 fevral Azərbaycan gəncləri günü” münasibətilə təbrik elədi. Ulu Öndər Heydər Əliyevin gənclər gününün təsis olunması ilə bağlı 1997-ci il fevralın 2-də imzaladığı müvafiq saylı Fərmana əsasən, ötən müddət ərzində hər il fevralın 2-sinin Dövlət səviyyəsində ayrı-ayrı qurumlarda təntənəli surətdə qeyd olunması ənənəsinə uyğun olaraq, institutda da bu ənənənin davam etdiridiyini vurğuladı. Respublikada insan kapitalının inkişaf etdirilməsi, gənclərin intellektual, fiziki və mənəvi inkişafı, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə Dövlətin qəbul etdiyi sənədlərə uyğun olaraq institutda zəruri tədbirlər görülmüş, gənc alim və mütəxəssislər üçün müvafiq şərait yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında olduğu kimi, 26.01.2015-ci il tarixli Sərancamla təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndləri icra üçün əldə əsas tutulmuş və bu sahəyə xüsusi diqqət yetirilmişdir. Gənclər institutun elmi təşkilati və ictimai fəaliyyətində yaxından iştirak edirlər. Odur ki, institutun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və icraçı direktor, b.ü.f.d., dosent Mehrac Abbasov ümumilikdə 17 gənc alim və mütəxəssisə, Abdulrəhimli Şəlalə Namiq qızı, Əlizadə Şadər Aydın oğlu, Bayramlı Orxan Faqi oğlu, Bayramov Bayram İlham oğlu, Bayramova Xədicə Müşfiq qızı, Babayeva Nazlı Surxay qızı, Hüseynova Ülkər Elman qızı, Həsənli Lətifə Sabir qızı, İbrahimova Leyla Savalan qızı, İsmayılova Gülər Əli qızı, Kərimova Xəyalə İkram qızı, Məmmədova Zeynəb Müşfiq qızı, Musayeva Günel Dadaş qızı, Nəsibova Jalə Afiq qızı, Nəzərov Nahid Natiq oğlu, Nəzərova Aynurə Bəhruz qızı, Rəkidə Əminə Mərfət qızına 27.01.2022-ci il tarixli 17/C №-li əmrə uyğun olaraq Fəxri fərmanları təqdim etdilər. Sonda gənclərlə xatirə fotoşəkli çəkildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.