Fotos
Əlyazmalar İnstitutunda 2 fevral – gənclər gününə həsr olunmuş tədbir keçirilib
Fev 02 , 2022 | 10:58 / Mühüm hadisələr
Oxunma ( 701 )

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 2 Fevral – “Gənclər günü” münasibətilə tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan İnstitutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə öncə iştirakçıları Gənclər günü münasibəti ilə təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb. O, bu əlamətdar günün Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq sərəncama əsasən ölkəmizdə hər il dövlət səviyyəsində qeyd olunduğunu bildirib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fil.ü.f.d. Aytən Quliyeva çıxışında gəncləri gələcəyin memarı adlandıraraq onlara elmi fəaliyyətlərində qarşıya qoyduqları məqsədə nail olmaq üçün sistemli şəkildə işləməyi, intensiv tədqiqat aparmağı tövsiyə edib.

Daha sonra baş direktor, akademik Teymur Kərimlinin göstərişi ilə institutun gənc mütəxəssisləri – Beynəlxalq əlaqələr şöbəsinin elmi işçisi Əsmər Hümbətli, Çap kitablarının tədqiqi şöbəsinin elmi işçisi Səba Verdiyeva, Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının kiçik elmi işçisi Zəhra Qəniyeva İnstitutun elmi-ictimai həyatında fəal iştiraklarına görə “Təşəkkürnamə” ilə təltif olunublar.

Tədbirin sonunda İnstitutun Gənc əməkdaşları ilə xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.