AMEA Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Beynəlxalq Multikulturalizm mərkəzin İcraçı direktoru Rəvan Həsənov ilə görüşüblər
Fev 02 , 2022 | 11:01 / Görüşlər
Oxunma ( 1504 )

Görüşdə AMEA Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Babazadə, Şuranın üzvləri Samirə Hadıyeva və Elçin Məhəmmədli iştirak etmişdir. Görüşdə Qafqaz Albaniyası ilə bağlı araşdırmaların bu günki vəziyyəti, gələcək üçün planlanan prioritet istiqamətlər müzakirə edilmişdir. Dünya miqyasında tanınan albanşünas Fəridə Məmmədovanın Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəbbüsü ilə yeni nəfəs qazanmış “Caucasian Albania and Albanians” monoqrafiyası İnstitutun əməkdaşlarına hədiyyə edilmişdir. Bundan əlavə, institutun əməkdaşları mərkəzin digər nəşrləri ilə tanış olmuş, gələcəkdə əməkdaşlıq üçün təməllər atılmışdır.

AMEA Tarix İnstitutu

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.