AMEA Dendrologiya Institutunda AMEA Gənc Alim və Mütəxəssislər şurasının təşkilatçılığı ilə 2 fevral "Gənclər günü"nün 25 illiyi munasibətilə tədbir keçirildi
Fev 02 , 2022 | 11:27 / Mühüm hadisələr
Oxunma ( 1385 )

02.02.2022 tarixində AMEA Dendrologiya Institutunda AMEA Gənc Alim və Mütəxəssislər şurasının təşkilatçılığı ilə 2 fevral "Gənclər günü"nün 25 illiyi munasibətilə tədbir keçirildi.Tədbiri giriş sözü ilə Dendrologiya İnstitutunun baş direktoru,gənclərə hər zaman dəstək verən və istiqamətləndirən professor Tofiq Məmmədov açmış, günün anlam və önəmindən danışmış gənclərə verdiyi dəyəri bir daha diqqətə çatdırmışdır.O , gənclərin fəaliyyətinə hər zaman diqqət yetirdiyini, uğurları ilə fərqlənən gənclərin dəyərləndirildiyini bildirmişdir.O, ölkə başçısı İlham Əliyevin və AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin gənclərə olan güvən və inamını da diqqətə çatdırmışdır. Tədbirin gedişində institutun Gənc alim və mütəxəssislər şurasının sədri Aydan Rəsulova gənclərin aktiv fəaliyyəti ilə bağlı slaydla ətraflı çıxış etmiş, ilboyu görülən işləri diqqətə çatdırmışdır. Daha sonra icraçı direktor, b.ü.f.d Samirə Bagirova gəncləri təbrik etmiş, gənclərə öz dəyərli məsləhətlərini bildirmiş, Elm və Təhsil şöbəsinin müdiri, şura üzvü ``Sona Qulizadə gənclərin problemləri ilə əlaqədar ətraflı çıxış etmişdir.Həmkarlar İttifaqi komitəsinin sədri, Icmaiyyətlə əlaqələr şöbəsinin mudiri Tunzalə Zeyvəliyeva çıxış edərək gənclərə öz təkliflərini vermiş, gənclərin gördüyü işlərin işıqlandırılmasında aktiv fəaliyyətindən söz açmışdır.Tədbirin sonunda ilboyu uğurlu və səmərəli fəaliyyəti ilə fərqlənən "Ağac və kolların introduksiyası" laboratoriyasının böyük elmi işçisi Elnarə Salahova Elmi Şuranın qərari ilə Institutun "Ilin gənci" seçilmiş Fəxri Fərmanla təltif olunmuşdur.Bundan başqa şuranın digər üzvləri olan Güllü Əliyeva, Leyla Atayeva, Sona Qulizadəyə Institut adından aktiv fəaliyyətinə görə Fəxri Diplom verilmişdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.