Fotos
Mikrobiologiya İnstitutunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib
Fev 02 , 2022 | 11:44 / Mühüm hadisələr
Oxunma ( 1297 )

Tədbiri giriş sözü ilə açan Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov gənc əməkdaşları əlamətdar gün münasibətilə təbrik edərək, ölkə rəhbərliyinin hər zaman gənclərə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. Alim məhz 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı əsasında fevralın 2-sinin ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunduğunu bildirib.

P.Muradov qeyd edib ki, bu əlamətdar günün məqsədi gənclərə diqqət və qayğı göstərməklə yanaşı, onların problemlərinin həlli istiqamətində də mühüm işlərin görülməsidir.

Sonra müəssisənin  Gənc Alim və Mütəxəssislər Şurasının müavini, elmi işçi Almaz Həsənova çıxış edərək 44 günlük Vətən müharibəsindən, qazanılan şanlı qələbədə gənclərin rolundan bəhs edib.

Tədbirdən sonra institut əməkdaşları Vətən müharibəsində Azərbaycanın şanlı zəfər tarixini yazan gənc şəhid qəhrəmanları hörmət və ehtiramla yad edərək məzarları üzərinə tər çiçəklər düzüblər.

https://science.gov.az/az/news/open/19728

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.