Fotos
Şərqşünaslıq İnstitutunda Gənclər Günü qeyd edilib
Fev 02 , 2022 | 11:59 / Mühüm hadisələr
Oxunma ( 790 )

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası 2 Fevral - Gənclər Günü münasibəti ilə tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun icraçı direktoru, f.ü.f.d. Ruhəngiz Cümşüdlü 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncamla 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsini gəncliyə göstərilən diqqət və qayğının bir nümunəsi olduğunu bildirib. O qeyd edib ki, bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərə xüsusi diqqət yetirir. Azərbaycan gənclərinin öz məsuliyyətlərini dərk edə bilən, bilik və bacarıqlarını ləyaqətlə tətbiq edən gənclər olduğunu deyən R.Cümşüdlü 2020-ci ilin payızında 44 günlük İkinci Qarabağ müharibəsində öz vəzifələrini şərəflə yerinə yetirən gənclərin torpaqlarımızın işğaldan azad olunmasında böyük rolundan danışıb. R.Cümşüdlü Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının əvvəlki rəhbəri Pərviz Ağayevin Vətən müharibəsində ön cəbhədə göstərdiyi şücaətdən və şuranın indiki sədri Elnur Mustafayevin müharibə dövründə Azərbaycan həqiqətlərini dünyanın ərəbdilli ictimaiyyətinə çatdırılmasında böyük xidmətlərindən bəhs edib.

Sonra Vətən müharibəsində ön cəbhədə iştirakı və institutun elmi-ictimai həyatında səmərəli fəaliyyətinə görə Pərviz Ağayevə və Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərini dünya media və mətbuatına çatdırılması və institutun elmi-ictimai həyatında səmərəli fəaliyyətinə görə Elnur Mustafayevə Şərqşünaslıq İnstitutunun Fəxri fərmanları təqdim edilib.

Pərviz Ağayev və Elnur Mustafayev tədbirdə çıxış edərək, göstərilən diqqətə görə institut rəhbərliyinə təşəkkürlərini bildiriblər və gənc həmkarlarını Gənclər Günü münasibəti ilə təbrik ediblər.

Sonra İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Mustafayev “Müasir Azərbaycan gəncliyinin qarşısında duran vəzifələr milli-mənəvi dəyərlər kontekstində” mövzusunda məruzə edib. Müasir dövrdə cəmiyyətin gələcək inkişafı baxımından gəncliyin rolunun artdığını deyən E.Mustafayev dövlətimizin gənclər siyasəti ilə bağlı qarşıya qoyduğu əsas prinsiplərdən bəhs edib. Vətən müharibəsində gənclərin rolundan danışan məruzəçi, vətənpərvər gənclərimizin azad edilmiş torpaqların bərpa edilməsində və çiçəklənməsində, müasir infrastrukturun qurulmasında da böyük xidmət və rəşadət göstərəcəklərini deyib. Tarixi milli-mənəvi dəyərlərimizin, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərin, eyni zamanda ölkəmizin zəngin resurslarının gənclərimizin inkişafı üçün müvafiq şərait yaratdığını deyən E.Mustafayev, indi əsas vəzifənin gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmaları olduğunu söyləyib.

Daha sonra institut əməkdaşlarından Aygül Mirzəyeva, Faidə Ömərova və başqaları çıxış edərək, gənc alimlərin institutun həm elmi, həm də ictimai həyatında fəal iştirak edərək səmərəli çalışdıqlarını bildiriblər

https://science.gov.az/az/news/open/19729

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.