Fotos
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda gənclər günü qeyd edildi
Fev 03 , 2022 | 11:02 / Mühüm hadisələr
Oxunma ( 1545 )

02 fevral 2022-ci il tarixdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Gənclər Günü münasibəti ilə iclas keçirdi.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri t.ü.f.d., dosent Taleh Əliyev iclası açaraq, institutun gənc əməkdaşlarını “Gənclər Günü” münasibətilə təbrik etdi. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla 02 fevral tarixinin Azərbaycanda Gənclər Günü elan edilməsini gəncliyə göstərilən xüsusi diqqət və qayğının bir nümunəsi olduğunu qeyd edərək bildirdi ki, bu gün də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir.
Sonra Taleh Əliyevin təklifi ilə institutun Gənc Alim və Mütəxəssislər Şurasının 2022-2026-cı illər üçün İdarə Heyəti yekdil səslə qəbul edildi.
İclas zamanı Gənc Alim və Mütəxəssislər Şurasının qarşısında duran elmi və ictimai məsələlər müzakirə olundu, təklif səciyyəli fikirlər səsləndirildi. Cari ildə planlaşdırılan tədbirlərin kecirilməsi və gənclər arasında məlumatlandırılması nəzərdə tutuldu.
Bununla da iclas işini başa vurdu.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.