Fotos
Neft-Kimya Prosesləri İnstitutunda 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib
Fev 03 , 2022 | 11:23 / Mühüm hadisələr
Oxunma ( 955 )

Bu gün akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə onlayn tədbir keçirilib. Tədbiri giriş nitqi ilə institutun baş direktoru, akademik Vaqif Abbasov açdı və NKPİ-nin gənc alim və mütəxəssislərini 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik etdi. Akademik V.Abbasov qeyd etdi ki, Azərbaycan gəncliyi 30 illik həsrətə 44 gün ərzində son qoymuş, Azərbaycan torpaqlarını qanı və canı hesabına işğaldan azad edib üçrəngli bayrağımızı Qarabağda ucaltmış, xalqımıza  Zəfər yaşatmışdır. Vaqif Abbasov çıxışında bildirdi ki, savadlı və bacarıqlı nəslin yetişdirilməsi hər bir dövlət üçün önəmlidir. Bizim institutumuzun gənc əməkdaşları hər zaman Azərabaycan dövlətinin elmi, icitimai işlərində fəal iştirak edirlər.

Vaqif Abbasov qeyd etdi ki, fevralın 1-də AMEA Rəyasət Heyətində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbiri keçirilib. Tədbirdə Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup gənc alim, o cümlədən bizim institutun gənc alimi Nağıyeva Mehriban Vidadi qızı 2021-ci ildəki elmi, elmi-təşkilati və ictimai fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Diplomu ilə təltif olunub.

Sonda akademik Vaqif Abbasov institutun elmi-ictimai işlərində fəal iştirak edən gəncləri büdcədən kənar vəsait hesabına mükafanladırılmasını təklif etdi. İnstitutun elmi və ictimai işlərində fəal iştirak edən Nərmin Dadaşova, Mehriban Nağıyeva, Ayaz Məmmədov, Ziyarət Paşayeva, Elnarə Musayeva, Samir Şahmuradov, Günel Bədəlova, Nərmin Babanlı və Gülay Rüstəmlinin hər birinin 200 manat məbləğində mükafatlandırılması qərara alındı.

Neft-Kimya prosesləri İnstitutu

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.