Fotos
İdarəetmə Sistemləri İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədr və üzvləri Beynəlxalq konfransda iştirak etdilər
Fev 06 , 2022 | 04:05 / Mühüm hadisələr
Oxunma ( 1423 )

3-5 fevral 2022-ci il tarixlərində AMEA İdarəetmə Sistemləri İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Lütfi Zadənin anadan olmasının yüz illiyinə və elmi irsinə həsr olunmuş VIII Ümumdünya Yumşaq Hesablamalar Konfransı  keçirilmişdir. Onlayn formatda üç gün davam edən beynəlxalq konfransda dünyanın 30-a yaxın ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Meksika, Yaponiya, Polşa və s. xarici ölkələrin alim və mütəxəssisləri iştirak etmişdir. Tədbirdə yumşaq hesablama, qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar, idrakda qeyri-müəyyənlik, biliyin təmsili, qərarqəbuletmə, neyron şəbəkələr və hibrid memarlıq, koqnitiv modelləşdirmə və s. sahələr üzrə aparılan yeni araşdırmaların elmi nəticələri təqdim olunmuşdur.

 

Təşkilatçılar: Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemi İnstitutu,

Kaliforniya Universiteti, Berkeley, Kaliforniya, ABŞ və Azərbaycan Texniki Universiteti

 

Təşkilatı Dəstək: Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

 

Beynəlxalq konfransda AMEA İdarəetmə Sistemləri İnstitutunun Gənc alim və mütəxəssislər şurasinin sədri, həmçinin "Fövqəladə hallarda idarəetmə" laboratoriyasının kiçik elmi işçisi, dissertant Lamiyə Nəcəfova, "Tanınma identifikasiya və optimal qərarqəbuletmə üsulları "laboratoriyasının əməkdaşı İSİ GAMŞ  sədr müavini Rüstəm Əzimov, həmin laboratoriyanın böyük laborantı Punar Quliyeva məruzə etmişlər. 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.