Fotos
AMEA Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər şurası Gənclər Gününə həsr olunan tədbir keçirib
Fev 03 , 2022 | 10:20 / Mühüm hadisələr
Oxunma ( 1293 )

Məlum olduğu kimi, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildən günümüzə kimi Azərbaycanda dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Artıq 25 ildir ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər.
Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, b.e.d. Elşad Əhmədov ilk öncə gənc alimləri bu gözəl gün münasibəti ilə təbrik edib, onlara işlərində müvəfəqiyyətlər arzulayıb. Gənc alimlərə diqqət və qayğının nümunəsi kimi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul olunması və bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi, 2015-2025-ci illər üzrə gənclərin inkişaf strategiyasının təsdiq olunması kimi mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib.
Daha sonra institutun Gənc Alim və Mütəxəssislər şurasının sədri Leyla Nadirli də gəncləri təbrik edib, Gənclər gününün yaradılması barədə məlumat verib və vurğulayıb ki, ölkəmizdə həyata keçirilən elm və gənclər siyasəti məhz elmlə məşğul olan gənclərin daha səmərəli fəaliyyət göstərmələrinə yönəlib. 
Gənc Alim və Mütəxəssislər şurasının sədr müavini Nigar Mehdiyeva və katibi Xatirə Qəhrəmanlı çıxış edərək gəncləri təbrik edib, onları elmi fəaliyətlərində daha aktiv olmağa çağırıb. Gənc alimlər  göstərilən qayğını daim hiss etdiklərini, bəslənən etimadı hər zaman doğruldacaqlarını bildiriblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.