"Gənc tədqiqatçı" jurnalı növbəti sayı üçün məqalə qəbulu elan edir
Fev 11 , 2022 | 01:17 /
Oxunma ( 4040 )

"Gənc tədqiqatçı" jurnalı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən ildə 2 dəfə  (altı ayda bir) olmaqla çap olunur. Jurnal haqqında yenilənmiş məlumatlar https://gencalimler.az/ saytının "Dövri nəşrlər" bölməsində əks olunmuşdur. Qeyd edək ki, "Gənc tədqiqatçı" jurnalı bu gündən etibarən 2022-ci il ilk sayı üçün məqalə qəbulu elan edir. Müəlliflər nəşr şərtləri və digər vacib məlumatlarla linkə daxil olmaqla tanış ola bilərlər

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.