Fotos
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Xocalı Soyqırımının 30-cu ildönümünə həsr edilən anım tədbiri keçirdi
Fev 25 , 2022 | 04:57 / Mühüm hadisələr
Oxunma ( 807 )

25 fevral 2022-ci il tarixdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilən anım tədbiri keçirdi.
Tədbiri giriş sözü ilə açan AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri t.ü.f.d., dosent Taleh Əliyevin təklifi ilə Xocalı soyqırımı qurbanlarının və eləcə də bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
T.Əliyev Xocalı soyqırımı ilə əlaqəli çıxışında erməni vəhşiliklərini bir daha xatırlatdı.
Tədbirlə əlaqəli Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri t.ü.f.d Gülanə Əliyeva, Nəzirə Şalbuzova, Sədaqət Məmmədli, Aliyə Adgözəlova və institutun digər əməkdaşları - Lola Hüseynova, Leyla Əliyeva fikir və mülahizələrini bölüşdülər.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.