Fotos
İnstitutun doktorantı Günay Zəkiyeva Türkiyədə elmi ezamiyyətdə olub
Mart 01 , 2022 | 10:00 /
Oxunma ( 1375 )

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar Biomühəndislik beynəlxalq laboratoriyasının doktorantı Günay Zəkiyeva 09.01.2022 – 10.02.2022 tarixlərində Türkiyədə elmi ezamiyyətdə olub. Onun Akdeniz Universitetinin Ziraat Bolümünün Biotexnologiya laboratoriyasında, “Fosfoglikolat fosfotaza fermentinin Chlamydomonas reinhardtii yaşıl yosunundan ayrılması, ekspressiyası və xarakteristikasının verilməsi” mövzusunda apardığı tədqiqatlara Akdeniz universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov rəhbərlik edib. Tədqiqatlar zamanı Fosfoglikolat fosfotaza fermentinin üç izogeninin (fgf1, fgf2, fgf3) C.reinharditii yaşıl yosunundan ayrılması, klonlaşdırılması və gen ekspressiya analizləri həyata keçirilib. Genlərin ekspressiya səviyyəsi RT-PCR metodu ilə öyrənilib.

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.