Fotos
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Slavyan Universitetinin tələbələrinə “Akademik yazı qaydaları” və “Jurnalların elektron arxivinin yaradılması” adlı seminarlar təşkil etdilər
Mart 03 , 2022 | 04:54 / ELMİN TƏBLİĞİ
Oxunma ( 1024 )

Slavyan Universitetinin Tərcümə fakültəsi (Azərbaycan, rus, ingilis dilləri) və Filologiya fakültəsinin 26 nəfər tələbəsi AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Təhsil” şöbəsinə təhkim olunmuşdur. “Təhsil” şöbəsi tərəfindən tələbələrin istehsalat təcrübəsi ərzində vaxtılarının səmərəli təşkil olunması və yeni məlumatlar əldə etmələri üçün müxtəlif seminar və ekskursiyalar təşkil edilməsi planlaşdırılmışdır. Bu çərçivədə muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Dilbər Hüseynova və sədr müavini Gülsəba Həsənova tələbələr qarşısında “Akademik yazı qaydaları” və “Jurnalların elektron arxivinin yaradılması” adlı məruzələrlə çıxış etmiş, əyani materiallar əsasında izahat verilmişdir.

“Akademik yazı qaydaları” adlı seminarda diplom işini düzgün yazmaq və tərtib etmək üçün tələbələrə əvvəlcə dissertasiyanın strukturunun necə tərtib olunması, ədəbiyyat siyahısının forması, mənbələrə istinad, antiplagiat proqramının iş prinsipləri haqqında məlumatlar verilmişdir. Daha sonra iştirakçılar mövzu ilə bağlı öz suallarını vermişdirlər.

“Jurnalların elektron arxivinin yaradılması” adlı seminarda isə Gülsəba Həsənova elmi məqalələrin yazılma qayda və prinsipləri, çap olunmuş məqalələrin elektron versiyalarının jurnalların saytlarının bazasında yerləşdirilməsi haqqında məruzə etmişdir. Bu zaman məlumatların daha aydın qavranılması üçün sayt üzərində nümunələr göstərilmiş və tələbələr tərəfindən öyrənilmiş informasiyalar praktik olaraq icra olunmuşdur. Seminarda tələbələrlə yanaşı, həmçinin, onların qrup rəhbərləri Tünzalə Süleymanova, Süleymanova Gülarə, Günay Təhməzova, Elmira Xanəliyeva, Xəyalə İbrahimova, Qəribova Rəhilə də iştirak etmişdirlər.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.