Fotos
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin gənc alimi “8 mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunan seminarda çıxış etdi
Mart 05 , 2022 | 02:43 / Mühüm hadisələr
Oxunma ( 1364 )

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin böyük laborantı, Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Rəhilə Sadıqova “8 mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunan “Mirvarid Dilbazi poeziyasında qadına münasibət” mövzusunda seminar keçirtmişdir. Qeyd etmək lazımdır ki, seminarın mövzusunun Mirvarid Dilbaziyə (1912-2001) həsr olunması heç də təsadüfi deyildir. Belə ki, bu il onun anadan olmasının 110 illik yuvarlaq ildönümüdür.

Məruzəçi Rəhilə Sadıqova Mirvarid Dilbazi poeziyasında mühüm yer tutan mövzu olan qadın azadlığı, mərdliyi, dəyanəti, inadkarlığı və qadın qürurundan söhbət açmış, eyni zamanda şairənin yaradıcılığında əsas motivlərdən birini təşkil edən qadın obrazlarına toxunmuş, ümumiyyətlə, Mirvarid xanımın poeziyasında qadına, qıza, anaya olan münasibətdən söz açmışdır.

Gənc alim görkəmli sənətkarımızın 110 illik yubleyinə həsr olunan cari il üçün nəzərdə tutulmuş anım tədbirləri çərçivəsində Mirvarid Dilbazi yaradıcılığını təbliğ edən saytın da hazırlanıb oxucuların ixtiyarına veriləcəyini vurğulamışdır.

Sonda dinləyicilər tərəfindən məruzəçiyə mövzu çərçivəsində suallar ünvanlanmış, şairənin həyat və yaradıcılığını əks etdirən maraqlı və ətraflı seminar üçün təşəkkürlər bildirilmişdir.

  © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.