Fotos
YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusu istiqamətində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Gənclər və İdman Komitəsinin sədr müavini Şahin İsmayılov ilə gənclərin görüşü keçirilib
Mart 11 , 2022 | 03:39 / Görüşlər
Oxunma ( 807 )
YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusu istiqamətində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Gənclər və İdman Komitəsinin sədr müavini Şahin İsmayılov  ilə gənclərin görüşü keçirilib.
Tədbirdə İdarəetmə Sistemləri İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, elmi işçi və dissertant Lamiyə Nəcəfova iştirak etmişdir. 
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev gəncləri salamlayıb və qeyd edib ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri  kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir. 
Həmin sahədə keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. 
Vətənpərvərlik tərbiyəsi həmçinin gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığını da özündə ehtiva edir. Vətənin tarixi keçmişini dərindən bilmək, milli dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Bu keyfiyyətləri gənclərə aşılamaq üçün isə gənc nəslin tarixi yerlərə gəzintisini təşkil etmək, tarixi günlərə həsr olunmuş tədbirlər keçirmək böyük əhəmiyyət kəsb edir.
Görüşdə təhsil sahəsindən danışan Bəxtiyar Nəbiyev xaricdə təhsil üzrə yeni dövlət proqramının artıq qüvvəyə mindiyini və tələbələrin artıq bundan istifadə edə biləcəyini bildirmişdir. 
Bəxtiyar Nəbiyev qeyd etmişdir ki,“Gənclərin yüksək səviyyədə təhsil alması Cənab Prezident İlham Əliyevin hər zaman nəzərindədir və son yaradılan təhsil proqramı buna misal ola bilər. Təhsilə qoyulan yatırım bir çox inkişaf etmiş dünya dövlətlərində öz bəhrəsini vermişdir və Azərbaycanda da bu artıq öz bəhrəsini verir və yaxın illərdə daha da özünü göstərəcək. Mən bir çox gənc Azərbaycan alimləri tanıyıram və onların sayının hər il artdığını görürəm. Azərbaycan gəncləri tarixin bütün dövrlərində seçilmişdir, düşünürəm ki bu xalqımızın genetikasında öz əksini tapmışdır”
 
Çıxış edən “Milli maraqlar və xarici siyasət” mövzusu istiqamətində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Gənclər və İdman Komitəsinin sədr müavini Şahin İsmayılov çıxışını 44 günlük müharibənin ümümi təhlili ilə başlayıb. 
Şahin İsmayılov beynəlxalq ictimaiyyətin 30 il işğal boyunca Azərbaycanın mövqeyinə qeyri-səmimi yanaşması və işğala məruz qalan ölkəyə lazımi dəstək əvəzinə  müxtəlif tipli sanksiyalar qoyulması haqda danışıb. 
Bildirib ki, Cənab Prezident bütün dövrlərdə Azərbaycanın Qarabağ problemini və ümümilikdə ərazi bütövlüyünün bərpası üçün strategiyalar qurmuşdur. Buna misal olaraq Azərbaycanın tolerant bir dövlət kimi dünyaya tanıtmaq, ordunun və ən əsası ölkə iqtisadiyyatının inkişafınıtəmin etməsini göstərmişdir. O, 44 günlük müharibədə qalib gəlməyimizin səbəbini güclü ordu, güclü iqtisadiyyat və ən əsası xalqın ölkə başçısının ətrafında sıx birləşməsində gördüyünü qeyd etmişdir. 
Gənclərlə görüşdə millət vəkili Azərbaycanın çətin və səmərəli iqtisadi-coğrafi ərazidə yerləşdiyini qeyd etmişdir, buna misal olaraq Azərbaycanın Avrasiyada vacib logistik xətt üzərində olduğunu və bunun gələcək perspektivlərindən danışmışdır. 
Şahin İsmayılov gənlərin müasir dünyada tutacaqları mövqe və perpektivləri haqda da danışmışdır. O qloballaşmanın Azərbaycan gəncliyinə göstərdiyi müsbət və mənfi cəhətlərə də toxunmuşdur. Dünyanın sürətlə dəyişməsinə baxmayaraq gənclərin vətən, dövlət sevgisini itirməməyini və hər zaman xalqına bağlı qalmalı olduğunu bildirmişdir. Müasir dövrdə sosial şəbəkələrin və ümumilikdə beynəlxalq medianın gənclərə idealoji təsir etmək məqsədinin olduğunu bildirmiş və bundan yayınmanın yollarını gənclərlə bölüşmüşdür. 
Tədbirdə iştirak edən şura sədri Lamiyə Nəcəfova "Elmi gənclik" barəsində sualla müraciət etmiş, gənclərin elmi fəaliyyətə stimullaşdırılması mövzusunda müzakirədə iştirak etmişdir. 
 
  © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.