Fotos
Zoologiya İnstitutunun gənc alimi beynəlxalq layihənin yerinə yetirilməsində iştirak edib
Mart 17 , 2022 | 12:27 /
Oxunma ( 1328 )

AMEA-nın Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi Sevinc Rəcəbova ekspert ornitoloq vəzifəsində və AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Arzu Məmmədov ekoloq vəzifəsində BP şirkətinin sifarişi ilə “Səngəçal terminalı ətrafında quşların monitorinqi” adlı beynəlxalq layihəni uğurla yerinə yetiriblər.

Ornitoloji monitorinq müddətində Səngəçal terminalı ətrafından materiallar toplanıb və hesabat BP şirkətinə təqdim olunub. Tədqiqat müddətində 55 quş növü qeydə alınıb. Tədqiqat ərazisində bu quş növlərindən Aegypius monachus (Qara kərkəs), Bucanetes githagineus (Səhra qarquşu), Gallinago gallinago (Adi meşə cüllütü), Phoenicurus ochruros (Qara odquyruq) ilk dəfə olaraq qeydə alınıb. Ornitoloji monitorinq müddətində qeydə alınan növlərdən Gyps fulvus (Ağbaş kərkəs), Haliaeetus albicilla (Ağquyruq dəniz qartalı) və Pandion haliaetus (Çay qaraquşu (Balıqcıl qaraquş) yalnız Azərbaycanın“Qırmızı Kitab”-ının II nəşrinə, Aythya ferina (Qırmızıbaş dalğıc) yalnız Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına (IUCN Red List), Aegypius monachus (Qara kərkəs) və Circus macrourus (Çöl leyi) isə həm Azərbaycanın “Qırmızı Kitab”-ının II nəşrinə, həm də Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına (IUCN Red List) daxildir. Tədqiqat zamanı binokl, teleskop, fotoaparat və təyinedicilərdən istifadə olunub.

https://science.gov.az/az/news/open/20228

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.