Fotos
AMEA-da aidiyyəti dövlət qurumlarının iştirakı ilə qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi-tədqiqat mərkəzlərinin reyestrinə dair müzakirələr aparılıb
Mart 16 , 2022 | 12:54 / Görüşlər
Oxunma ( 796 )

Martın 16-da AMEA-nın Rəyasət Heyəti aparatında AR Nazirlər Kabinetinin “Dövlət mülkiyyətində olan və ya dövlət mülkiyyəti hesabına yaradılan tədqiqat infrastrukturunun avadanlığından tədqiqatçıların istifadəsinə görə ödənilən xidmət haqlarının təsdiq edilməsi” və Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 340 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi-tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinin tərtib olunması və aparılması Qaydası”nda dəyişiklik edilməsi barədə Qərarı” ilə bağlı müzakirələr aparılıb.

Müzakirələrdə AMEA-nın prezidentinin vəzifəsini icra edən, akademik Arif Həşimov, AMEA-nın prezidentinin köməkçisi, kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə, Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin sektor müdiri Elxan Bağırzadə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri Anar Hacızadə,  Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin Vergi olmayan gəlirlər sektorunun aparıcı məsləhətçisi Ağa Namazov, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin baş məsləhətçisi Aygün Şahbanova, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin böyük məsləhətçisi Nüşabə Məmmədbəyova və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Elmi innovasiyaların tədqiqi şöbəsinin müdiri Cavanşir Təlai iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik Arif Həşimov qonaqları salamlayıb.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” 10 yanvar 2019-cu il tarixli Sərəncamını xatırladan AMEA prezidentinin köməkçisi Arzu Əlizadə Nazirlər Kabinetinin  bu Sərəncamın 3.3 və 3.4 bəndlərinin icrasını təmin etmək üçün 340 və 435 nömrəli Qərarlar qəbul etdiyini bildirib: “340 nömrəli Qərar reyestrin tərtib olunması və aparılması qaydasının, 435 nömrəli Qərar isə tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi Qaydasının təsdiq edilməsi haqqındadır. Qeyd olunan Qərarlarda tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi ilə bağlı xidmət haqları müəyyən edilmədiyindən Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 7951/5421 nömrəli dərkənarı ilə Milli Elmlər Akademiyasına qeyd olunan məsələ ilə bağlı müvafiq normativ sənədin layihəsinin hazırlanması tapşırılıb. Bununla bağlı tərəfimizdən Kənd Təsərrüfatı və Təhsil nazirliklərinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının  tabeliyində olan tədqiqat infrastrukturunun siyahısı və onların hər biri üzrə xidmətin təklif olunan tarif norması müəyyən edilib”.

Görüşdə İqtisadiyyat, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı və Təhsil nazirliklərinin nümayəndələri tarif norması ilə bağlı layihəyə münasibət bildiriblər. Nazirlik təmsilçilərinin təkliflərinə uyğun olaraq, layihədə müəyyən dəyişikliklər edilib. Qərara alınıb ki, bu dəyişikliklər də nəzərə alınmaqla layihə yekun redaksiyada son qərarın verilməsi üçün yaxın günlərdə müvafiq dövlət strukturlarına göndərilsin.

https://science.gov.az/az/news/open/20223

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.