Fotos
Akademik Arif Həşimov Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda çalışan Azərbaycan milli qrupunun nümayəndələri ilə görüşüb
Mart 16 , 2022 | 01:03 / Görüşlər
Oxunma ( 824 )

Martın 15-də Azərbaycan Respublikasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutundakı (BNTİ) səlahiyyətli nümayəndəsi  akademik Arif  Həşimovun həmin institutda çalışan Azərbaycan milli qrupunun üzvləri ilə onlayn görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan akademik Arif Həşimov BNTİ-də çalışan Azərbaycan milli qrupunun üzvlərini ilaxır çərşənbə və Novruz bayramı münasibəti ilə təbrik edib, ölkəmizin hüdudlarından kənarda Azərbaycan elmini  layiqli şəkildə təmsil etdiklərinə görə onlara dərin təşəkkürünü bildirib. A. Həşimov müasir çağrışlardan irəli gələrək Azərbaycan elmi qarşısında duran vəzifələr, bu vəzifələrin icrasından irəli gələn işlər haqqında geniş məlumat verib, əməkdaşların təkliflərini dinləyib, onların  problem və qayğıları ilə maraqlanıb.

Görüşdə, eyni zamanda AMEA-nın Fizika İnstitutunun icraçı direktoru, fizika üzrə elmlər doktoru Hüseyn İbrahimov iştirak edib, çıxış edərək Dubnada fəaliyyət göstərən əməkdaşları bayramlar münasibətilə təbrik edib.

Tədbirdə BNTİ ilə AMEA arasında əlaqələndirici, AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Səbinə Həsənova, həmçinin BNTİ-da çalışan əməkdaşlar Zirrədin Sadıqov, Ehtiram Şaxəliyev, Nazim Hüseynov, Mətləb Mirzəyev, Qadir Əhmədov, Elmar Əsgərov, Afaq Mədətzadə, Fuad Əliyev, Asif Nəbiyev, Nicat Mirzəyev, Səbuhi Nuriyev, Ramil Əkbərov, Rafael İsayev, Azad Əhmədov iştirak ediblər. Onlar BNTİ ilə Azərbaycanın elm və təhsil müəssisələri arasında əlaqələrin daha yüksək səviyyədə qurulması istiqamətində öz təkliflərini səsləndiriblər.

https://science.gov.az/az/news/open/20209

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.