Fotos
Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı “İstanbul Eğitim Forumu 2022” proqramında iştirak edib
Apr 04 , 2022 | 09:49 /
Oxunma ( 702 )

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun kiçik elmi işcisi, 2-ci kurs doktorantı Əminə Alimova “Azərbaycan Maarifçilər Assosiasiyası” tərəfindən  İstanbul Topkapı, Doğuş Universitetində keçirilən “İstanbul Eğitim Forumu 2022” proqramında iştirak edib.

Mart ayının 21-25-də Azərbaycan Maarifçilər Assosiasiyasının təşkilatçılığı ilə “İstanbul Eğitim Forumu-2022” proqramı üzrə ölkəmizi qardaş ölkə Türkiyədə 48 nəfərlik nümayəndə heyəti təmsil etmişdir. Azərbaycan nümayəndə heyəti səfər zamanı Doğuş Universitetində, Topkapı Universitetində və Şəhid Fikrət Mətin Öztürk Okulunda işgüzar görüşdə iştirak etmişlər.

Forumun keçirilmə məqsədi təhsildə yeni trendlər, ali məktəblərdə təhsil ilə yanaşı elmin inkişafı və qabaqcıl təcrübələr ilə tanış olmaq idi.

Forumun açılış günündə Doğuş Universitetinin rektoru Prof. Dr. Turqut Özkan giriş sözü ilə Azərbaycan nümayəndə heyətini salamlamışdır.

Neft-Kimya Prosesləri İnstitutunun kiçik elmi işcisi, 2-ci kurs doktorantı Əminə Alimova Topkapı Universitetində tələbələrin elmi araşdırmaları ilə bağlı məruzə etmişdir. Alimova Əminəyə Doğuş Universiteti, Topkapı Universiteti və Şəhid Mətin Öztürk məktəbi tərəfindən sertifikat verilmişdir.

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.