Fotos
3GGİ-də “Gələcəyə Addım” Ümumrespublika Olimpiadasinin qalibləri mükafatlandiriliblar
Apr 04 , 2022 | 09:57 /
Oxunma ( 722 )

Geologiya və Geofizika İnstitutu (GGİ) Gənc Alim və Mütəxəssislər Şurasının 27 Mart -“Elm Günü”nə həsr olunan “Gələcəyə addım-2” adlı geologiya və geofizika üzrə Ümumrespublika olimpiadasında uğur qazanmış gənclərə mükafatlar təqdim edilib.

Müsabiqənin Elmi Təşkilat Komitəsinin (ETK) sədri akademik Əkpər Feyzullayevin, İnstitutun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun, elmi katib g.-m.e.n. Yeganə Lətifovanın, g.-m.e.n. Orxan Abbasovun, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fatma Süleymanovanın və ETK-nın elmi katibi Aysel Cəbrayılovanın iştirakı ilə keçən tədbirdə olimpiadanın finalına yüksəlmiş və qalib gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ETK-nın sədri akademik Əkpər Feyzullayev finalçıları təbrik edib, onlara elmi yaradıcıllıq fəaliyyətlərində uğurlar arzulayıb. Akademik ümumilikdə elmi müsabiqə haqqında fikirlərinin finalçı gənclərlə bölüşüb, onlara gələcək fəaliyyətlətilə bağlı tövsiyələr verib.

Tədbirin sonunda finalda birincilik qazanmmış Bakı Ali Neft Məktəbinin magistrı Orxan Məmmədov (800 manat), 2-ci yerə çıxmış Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin bakalavrı Nəzrin Şıxəhmədova (600 manat), 3-cü yerə layiq görülmüş Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin magistrı Eldar Babayev (400 manat) mükafatlandırılıblar. Həmçinin Geologiya və Geofizika İnstitutunun magistrı Cəlal Əsgərova və Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin bakalavrı Həsən Cavadova 250 manat məbləğində həvəsləndirici mükafat verilib.

   © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.