Fotos
Populyasiya və genom tədqiqatları: özəlliklər, üstünlüklər və problemlər” mövzusunda mühazirə keçirilib
Apr 04 , 2022 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 1263 )

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bakı Dövlət Universitetinin istehsalat təcrübəsini keçən IV kurs tələbələrinə Populyasiya genomiksi laboratoriyasının müdiri b.ü.f.d., dosent Nurməmməd Mustafayev “Populyasiya və genom tədqiqatları: özəlliklər, üstünlüklər və problemlər” mövzusunda mühazirə oxuyub. Mühazirədən qabaq institutun baş direktoru AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova tələbələrlə görüşərək təcrübə müddətində əldə etdikləri bilik və bacarıqları ilə maraqlanıb. Akademik İradə Hüseynova belə seminarların onlar üçün xüsusi əhəmiyyətli olduğunu vurğulayıb.  Mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Çıxış ətrafında ətraflı müzakirə aparılıb.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.