Fotos
“Antik DNT: Bəşər takamülünün genetik kodlarla yazılan Səlnamələri” mövzusunda mühazirə oxunub
Apr 11 , 2022 | 02:25 / Mühüm hadisələr
Oxunma ( 1257 )

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bakı Dövlət Universitetinin istehsalat təcrübəsi keçən IV kurs tələbələrinə Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Zərintac Rüstəmiova “Antik DNT: Bəşər takamülünün genetik kodlarla yazılan Səlnamələri” mövzusunda mühazirə oxuyub. Məruzəçi qeyd edib ki, antik DNT qazıntılardan tapılan, qədim materiallardan ayrılan DNT-dir. Son 15 ildə aDNT ilə aparılan tədqiqat işləri sayəsində bir çox sualları cavablandırmaq mümkün olub. Antik DNT ilə əldə edilən məlumatlar insanların əcdadları və kökləri haqqında bioloji məlumatlar əldə etməyə, qədim populyasiyalar haqqında hipotezlər irəli sürməyə inkan verir. Azərbaycanın müxtəlif bölgələrində aparılan qazıntılar zamanı qədim insan məskənləri, insan, heyvan və bitki qalıqları aşkar olunub və gələcəkdə onlarla arxeobioloji tədqiqatların aparılması mümkündür.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.