Fotos
Quba və Xaçmaz rayonlarında fitopotoloji monitorinqlər həyata keçirilmişdir
Apr 19 , 2022 | 03:40 / Monitorinq
Oxunma ( 1534 )

Fitoplazma xəstəliklərini və onları yayan həşərat vektorlarını aşkar etmək məqsədilə 13-16 aprel 2022-ci il tarixlərində Azərbaycanın Quba və Xaçmaz rayonlarında yerləşən fərdi təsərrüfatlarda, həyətyanı sahələrdə, şəxsi təsərrüfat və bağlarda fitopotoloji monitorinqlər həyata keçirilmişdir. Monitorinqlər zamanı Xaçmazda bağlarda şaftalı ağaclarının, Quba rayonunda isə alça ağaclarında quruma aşkar edilmişdir. İlkin vizual diaqnostika və müşahidə edilən ərazilərin fitopatoloji qiymətləndirilməsi həyata keçirilmişdir. Bitkilərin üzərindən və ətrafında qurumuş sarmaşıqlar aşkar edilmişdir ki, bu da həşəratların rezervuar bitkiləridir. Ehtimal etmək olar ki, şaftalı və alça ağaclarının quruması fitoplazma xəstəliklərinin nəticəsində baş vermişdir. Qurumuş budaq nümunələri analiz edilmək üçün AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasına gətirilmiş, eləcə də fermerlərə məsləhət görülmüşdür ki, xəstəliyin yayılmaması üçün qurumuş ağacları kökündən çıxarıb yandırsınlar.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.