Fotos
AMEA İnstitutlarının Gənc Alim və Mütəxəssislər Şurasının sədrləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər
Apr 20 , 2022 | 10:16 / Görüşlər
Oxunma ( 767 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının yeni layihəsi əsasında aprel ayında “mədəniyyət həftəsi” qeyd olunub. 18 aprelin Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunduğunu nəzərə alaraq mədəniyyət həftəsi 18-22 aprel tarixlərində baş tutub. Bu münasibətlə aprel ayının 18-də Qobustan Milli Tarix-Bədii Qoruğuna gəzinti təşkil edilib. Növbəti gündə - aprel ayının 19-da isə müxtəlif institutların gənc alim və mütəxəssislər şuralarının sədləri və bir sıra üzvləri Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeynin ekspozisiyasını ziyarət edib. Muzeydə gəzinti zamanı onları “İctimaiyyətlə əlaqələr və mətbuat” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu müşayiət edib. O, qonaqları muzeyin ekspozisiyası ilə tanış edərək müxtəlif eksponatlar, xatirə əşyaları və s. haqqında ətraflı məlumat verib. Qonaqlar da izahatda aktiv iştirak edib, Azərbaycan ədəbiyyatını əks etdirən zallar, eksponatlar ətrafında sual və fikirlərini səsləndirərək ekskursiyanın interaktiv olmasına çalışıblar.  

Muzeyin zallarını gəzdikdən sonra ziyarətçilər Muzeyin baş direktoru, akademik Rafael Hüseynovla da görüşüblər. Görüş çərçivəsində akademik gənclərə günümüzün elmlə bağlı olan qlobal problemlərindən söhbət açaraq onlara öz tövsiyyələrini verib, hər zaman dəstək olmağa hazır olduğunu bildirib.

Sonda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev muzey gəzintisi haqqında təəssüratlarını bölüşmüş, qonaqlar adından təşəkkür və məmnunluqlarını bildirmiş, belə gəzintilərin davamlı olması haqqında da öz arzusunu dilə gətirmişdir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.