AMEA-da VII institutlararası futbol çempionatına gələn həftə start veriləcək
Apr 22 , 2022 | 08:28 / İdman yarışları
Oxunma ( 1711 )

AMEA Azad Həmkarlar İttifaqı (AHK) və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təçkilatçılığı ilə keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “AMEA-da VII institutlararası futbol çempionatı”nn püşkatma mərasimi keçirilmişdir. Çempionata qatılmaq istəyən komandaların nümayəndələrinin, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasınan sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevin iştirakı ilə baş tutan tədbirdə AHK-nin sədri hüquq elmlər doktoru, professor Habil Qurbanov ümumi məlumat verdi. O bildirdi ki, bu dəfə 19 komanda 4 qrup üzrə oynayacaq. Yarışlara 25 aprel 2022-ci il tarixində saat 11:00-da start veriləcək. Oyunlar AFFA-nın Peşəkar Futbol Liqasının hakimləri tərəfindən idarə olunacaq. Çempionatın ilk start oyunu Respublika Seysmoloji Xidmət Mərkəzi və Dendrologiya İnstitutunun komandaları arasında baş tutacaq. Qeyd olunan futbol çempionatının təqvimi ilə linkdən tanış olmaq olar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.