Fotos
Seysmoloji Xidmət Mərkəzi və Böyük Britaniyanın Oksford Universitetinin əməkdaşları birgə tədqiqatlara başlayıblar
Apr 26 , 2022 | 04:16 /
Oxunma ( 1141 )

Böyük Britaniyanın Oksford Universitetinin əməkdaşları Zəlzələlər və aktiv tektonika üzrə fəlsəfə doktorları Heill Marshall, Ben Johnson və Zəlzələlər və aktiv tektonika üzrə doktorant İan Pierce Azərbaycanda səfərdədirlər.

Səfərin məqsədi Azərbaycan Milli Elmlər Akademiyası ilə Oksford Universiteti arasında elmi əlaqələrin yaradılması istiqamətində imzalanmış Anlaşma Memorandumuna əsasən Azərbaycan ərazisinin seysmikliyi və tektonik aktivliyinin öyrənilməsi sahəsində AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları  ilə birgə tədqiqatlar aparmaqdır.

Qeyd edək ki, birgə paleoseysmoloji tədqiqatların Göyçay, İsmayıllı, Ağsu rayonları, Şirvan şəhəri və Salyan rayonunun ərazisində aparılması nəzərdə tutulub. Artıq birgə işlərə başlanılıb. Çöl şəraitində birgə aparılan işlər may ayının 21-ə qədər davam edəcək.

Aparılan tədqiqatların məqsədi Azərbaycan ərazisində infrastruktur və əhali üçün ciddi seysmik təhlükə yarada biləcək tektonik qırılmaların müəyyən edilməsidir.

https://science.gov.az/az/news/open/20684

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.