Fotos
Kimyaçı alimlərin məqaləsi nüfuzlu xarici jurnalda dərc edilib
May 01 , 2022 | 03:24 / Elmi nəşrlər
Oxunma ( 783 )

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Rövşən Nəzərov və Bakı Dövlət Universitetinin əməkdaşı Rizvan Əskərovun xarici həmkarları ilə birgə apardıqları müştərək tədqiqatların nəticələri “Web of Science” bazasına daxil olan “Journal of Inorganic Biochemistry” adlı nüfuzlu xarici jurnalda (impakt faktoru 4.155) dərc edilib.

Məqalə zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə alınmış 1-(2-R(F, CH3, Cl)-fenil)-1,4-dihidro-5H-tetrazol-5-tionların kadmium xlorid ilə komplekslərinin sintez, molekulyar, kristal strukturları və hesablama tədqiqatlarında müasir yanaşmalara həsr olunub.

https://science.gov.az/az/news/open/20737

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.