Fotos
Rəsədxananın gənc alimləri tərəfindən “Məktəbdən kosmosa” adlı seminar təşkil edilib
May 05 , 2022 | 10:45 / Mühüm hadisələr
Oxunma ( 1323 )

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) gənc alim və mütəxəssisləri tərəfindən Biləcəri rayonu 298 saylı orta məktəbdə “Məktəbdən kosmosa” adlı elmi-populyar seminar təşkil olunub.

Seminarda Astronomiyanın prioritet tədqiqat sahələri, cari il üçün baş verəcək Günəş və Ay tutulmaları, ulduzlar, onlarda baş verən proseslər, planetlər, digər qalaktikalar, eyni zamanda astronomiya ilə bağlı ümumi biliklər şagirdlərin diqqətinə çatdırılıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin böyük elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm, Qalaktikalar və ulduz əmələgəlmə prosesləri şöbəsinin böyük laborantları Samirə Rəhimli və Zümrüd Binnətovanın təqdim etdiyi məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Məruzələrin yekununda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Elmi populyar seminarda 298 saylı orta məktəbin rəhbərliyi və müəllim heyəti də iştirak ediblər. Məktəbin direktoru Xatirə Hacıyeva post-pandemiya dövründə məktəblərdə elmin təbliği və təşviqi üçün bu cür seminarların daha çox təşkil olunmasının əhəmiyyətini vurğulayıb.

https://science.gov.az/az/news/open/20755

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.