Fotos
AMEA Gənc Alim və Mütəxəssilər Şurası Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
May 11 , 2022 | 10:09 /
Oxunma ( 1494 )

Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, böyük siyasi xadimin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Ümummilli liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva yad edilib, məzarına gül dəstələri düzülüb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.