Fotos
İnstitutun böyük elmi işçi Aytən Ağayevanın fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib
May 12 , 2022 | 01:30 / Mühüm hadisələr
Oxunma ( 643 )

10 may 2022-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda institutun sabiq doktorantı, Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının böyük elmi işçisi Aytən Qabil qızı Ağayevanın 2415.01 – “Molekulyar biologiya” ixtisasında biologiya ürzə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanın neftlə çirklənmiş torpaqlarının yeni antibakterial birləşmələrin aşkarlanması üçün tədqiqi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Dissertasiya işi 2014-2018-ci illərdə ABŞ-ın Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzində prof. Vidadi Yusibovun və AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademik İradə Hüseynovanın rəhbərlikləri altında yerinə yetirilib. A.Ağayeva dissertasiya işinin əsas müddəalarını şərh edib, işin aktuallığı, məqsədi, aparılan işlərin məzmunu və aldığı nəticələr barədə ətraflı məlumat veib. Qeyd olunub ki, ilk dəfə olaraq Azərbaycanın neftlə çirklənmiş torpaqlarından götürülmüş torpaq nümunələrindən ayrılmış bakteriyaların 578 ştamı əsasında kolleksiya yaradılıb, onların antimikrob aktivliyə görə skrininqi həyata keçirilib və aktiv produsent kimi AZ-130 ştamı seçilib. Bu ştamın antimikrob aktivliyə malik ədəbiyyatda məlum olmayan yeni  birləşmə sintez etdiyi aşkar olunub. Sonra dissertasiya ətrafında geniş müzakirələr aparılıb. Doktorant rəyçilərin və Elmi şura üzvlərinin suallarını cavablandırıb, irad və təkliflərə öz münasibətini bildirib. İclasın sonunda dissertasiya işinin müdafiənin növbəti mərhələsinə buraxılması barədə qərar qəbul olunub.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.