Fotos
Gənc Alim və Mütəxəssislər Şurasının sədrləri Əlyazmalar Institutunu ziyarət ediblər
May 14 , 2022 | 01:27 / Görüşlər
Oxunma ( 1488 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının layihəsinə əsasən sədr və şura üzvləri Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda təşkil olunmuş “Şuşa Qarabağın incisidir” adlı sərgiyə baxış keçirmişlər. Sərgidə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq Sərəncamla 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan Şuşa şəhərinə aid sənədlər, Şuşada yaşayıb-yaratmış sənətkarların ədəbi irsinin əlyazma nüsxələri nümayiş etdirilir. Qonaqlara sərgi çərçivəsində bu dəyərli və tarixi əlyazmalar haqqında ətraflı məlumat verilib.

Daha sonra isə qonaqlara Hacı Zeynalabdin Tağıyevin təsis etdiyi Qızlar məktəbinin 100 illik yubileyi münasibətilə akademik Teymur Kərimlinin təşəbbüsü əsasında yaradılmış Hacı Zeynalabdin Tağıyev guşəsi təqdim edilib, burada nümayiş olunan kitablar, panolar, tarixi fotoşəkillər, geyimlər haqqında məlumat verilib. Gənclərlə belə görüşlərin vacibliyini vurğulayan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov onlara öz tövsiyyələrini verib.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.