Fotos
Gənc Alim və Mütəxəssislər Şurasının sədrləri Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər
May 14 , 2022 | 01:42 / Görüşlər
Oxunma ( 782 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən muzeylərə və tarixi məkanlara təşkil olunan ekspozisiyanın növbəti ünvanı Hüseyn Cavidin Ev Muzeyi olmuşdur. Nümayiş zamanı qonaqlara muzeyin dörd ekspozisiya otağı haqqında məlumat verilmişdir. Belə ki, şərti olaraq “Cavidin əbədiyyəti”, “Cavidin ömrü”, “Cavidin faciəsi”, “Cavidin şöhrəti” adlandırılmış otaqlar, böyük şairə mənsub olan əşyalar, portretinin həkk olunduğu xalça, şairin qızı Turan xanımın, Ərtoğrul Cavidin büstü gənclərə təqdim olunmuşdur. Şairin yaşadığı mühit, keşməkeşli ömür yolunun izlərini günümüzə daşıyan bu dəyərli eksponatlar haqqında ətraflı məlumat verilmişdir.

 AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev gənclərin təhsilə, elmə həvəsləndirilməsində, tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti haqqında geniş bilgi almaqda onların ev muzeylərinə təşkil olunan ekskursiyaların əhəmiyyətindən bəhs etmişdir. Sonda isə xatirə fotosu çəkildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.