Fotos
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dəstəyi ilə vebinar keçirilmişdir
May 16 , 2022 | 12:18 / Mühüm hadisələr
Oxunma ( 1408 )

AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi kimya İnstitutunun dəstəyi, Gənc Alim və Mütəxəssislər Şürasının və Azərbaycan Kimya Cəmiyyətinin təşkilatçılığı ilə vebinar baş tutmuşdur. Gənc alim və mütəxəssislər şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevin moderatorluğu ilə baş tutan vebinarın qonağı ABŞ-ın “SUEZ – Water Technologies & Solutions” şirkətinin baş tədqiqatçısı Dr. Ruslan Quliyev olmuşdur. Spiker R.Quliyev sənayedə tullantı sularının müasir kimya texnologiyaları ilə təmizlənməsinə həsr olunan “Sənayedə İnnovativ Kimya Texnologiyaları” təqdimatla çıxış etmişdir. Məruzəçi təqdimatında dünya elmində mühüm elmi kəşflər, onların ixtiralara çevrilməsi ilə yaranan yeniliklər barədə məlumatları diqqətə çatdırmışdır. Sonra R.Quliyev akademik fəaliyyətindən bəhs edərək Akkaya Qrupda çalışdığı dövrü əhatə edən, fülloresent xüsussiyətli molekullar əsasında əldə olunan innovativ materialların alınmasına həsr olunan tədqiqatları barəsində məlumatları dinləyicilərlə bölüşmüşdür. Daha sonra “SUEZ – Water Technologies & Solutions” şirkətinin yağlı suların və ağır metallarla çirklənmiş suların innovativ təmizlənmə texnologiyası barədə təqdimat nümayiş etdirilmişdir. R.Quliyevin təqdimatından sonra vebinar iştirakçıları ilə maraqlı, interaktiv müzakirə baş tutmuşdur. Qeyd edək ki, vebinarda  AMEA-nın müxtəlif kimya institutularının elmi işçiləri, doktorantları ilə yanaşı, respublikanın müxtəlif təhsil və elmi müəssisələrinin tələbəbə, magistrant və doktorantları da iştirak etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.