Fotos
RSXM-nin əməkdaşı “İlin peşəkar gənci” adına layiq görülüb
May 17 , 2022 | 09:34 /
Oxunma ( 1340 )

Mayın 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2021-ci il üçün “İlin peşəkar gənci” adına layiq  görülmüş gənclərin mükafatlandırılması mərasimi keçirilib. 2021-ci ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 59 nəfər istedadlı gəncə AHİK-in Fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim olunub.

Mərasimdə mükafat alan gənclərin arasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Afaq Ağazadə də var. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Respublika Seysmoloji Xidmət Mərkəzi

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.